Korporativ xidmətlər
Korporativ hadisələrin təşkili və emitentlərə hüquqi-təşkilati dəstək.
Korporativ xidmətlər emitentlərə səhmdarlarla münasibətlərin idarə edilməsində və korporativ hadisələrin qanunvericiliyə uyğun keçirilməsində dəstək verir.
Xidmətin əhatə dairəsi
- Ümumi yığıncaqların hazırlanması: səhmdarların siyahısının formalaşdırılması, bildirişlərin göndərilməsi, qeydiyyat;
- Səsvermənin təşkili və nəticələrin sənədləşdirilməsi;
- Korporativ hadisələrin (emissiya, bölünmə, birləşmə, nominal dəyərin dəyişdirilməsi) depozitar sistemində əks olunması;
- Səhmdarlara məlumatların çatdırılması;
- Korporativ hadisələr üzrə hesabatların hazırlanması.
Xidmətlərin konkret tərkibi emitentlə bağlanan müqavilə ilə müəyyən edilir.