Правление
Эльчин Ализаде
Председатель Правления
-
1986
Bakı şəhərində anadan olmuşdur.
-
2007
Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.
-
2007
Maliyyə sektorunda peşəkar fəaliyyətinə başlamış, "PAŞA Bank" ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi işləmişdir.
-
2009
Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsini almışdır.
-
2009–2019
"Ernst & Young Azərbaycan" şirkətində mütəxəssis, baş mütəxəssis, işçi qrupunun rəhbəri, menecer və baş menecer vəzifələrində çalışmışdır.
-
2020
“PAŞA Bank" ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində çalışmışdır.
-
2022
Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsini tutmuşdur.
-
2023
İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsini icra etmişdir.
-
2023-2026
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.
-
2025
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilmişdir.
-
2026
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var.
Рена Искендерова
Заместитель председателя Правления
-
1992
Bakı şəhərində anadan olmuşdur. Birləşmiş Krallığın London Siti Universitetinin (City, University of London – CASS Business School) "Bank işi və beynəlxalq maliyyə" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) üzvlüyünə namizəddir.
-
2015
Maliyyə və audit sektorunda peşəkar fəaliyyətinə başlamış, "Deloitte & Touche" şirkətində audit mütəxəssisi kimi işləmişdir.
-
2015–2017
"Deloitte & Touche" şirkətində müxtəlif vəzifələri tutmuşdur.
-
2017
Karyerasına "Ernst & Young" şirkətində baş mütəxəssis və daha sonra audit üzrə menecer vəzifəsində çalışaraq davam etmişdir. Bank sektorunda, maliyyə məlumatlarının və proseslərin düzgünlüyünün, etibarlılığının və uyğunluğunun təmin edilməsi sahəsində 7 ildən çox təcrübəyə malikdir. Accumulated more than 7 years of professional experience in ensuring the accuracy, reliability, and compliance of financial data and processes in the banking and financial sectors.
-
2023
2023-cü il (28 Sentyabr) Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var.
Nağı Nağıyev
İdarə Heyətinin üzvü
-
1995
Bakı şəhərində anadan olmuşdur.
-
2013–2016
Böyük Britaniyanın City University London universitetində «İnvestisiya və maliyyə risklərinin idarə edilməsi» proqramı üzrə maliyyə ixtisasında bakalavr təhsili almışdır.
-
2017
Böyük Britaniyanın City University London universitetində «Layihələrin idarə edilməsi, maliyyə və risk» ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
-
2018–2023
University College London universitetində təhsil alaraq fəlsəfə doktoru elmi dərəcəsi əldə etmişdir.
-
2020
Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçmişdir.
-
2020
“SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi əmək fəaliyyətinə başlamışdır.
-
2022–2023
London Metal Birjasında çalışmışdır.
-
2023-2024
Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
-
2024-2026
Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra etmişdir.
-
2026
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Ailəlidir, üç övladı var.
Müşfiq Əhmədli
İdarə Heyəti sədrinin müşaviri
-
1985
Sumqayıt şəhərində anadan olmuşdur.
-
2007
Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sahələrinin iqtisadiyyatı" ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.
-
2010
Heriot-Watt Universiteti və Edinburq Biznes Məktəbində "Biznesin idarə olunması" üzrə magistr dərəcəsi almışdır.
-
2013–2016
"Deloitte" şirkətində mütəxəssis, baş mütəxəssis, işçi qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
-
2016–2018
Qaradağ Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.
-
2018–2023
Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
-
2023–2024
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının təşkil etdiyi "Kapital Bazarları" proqramı üzrə Corc Vaşinqton Universitetində sertifikat dərəcəsinə yiyələnmiş və "CAIS" şirkətində təcrübə keçmişdir.
-
2024
2024-cü ildən Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. Ailəlidir, 1 övladı var.