Əsas kontentə keç

İnkişaf strategiyası

Hör­mətli ka­pi­tal bazarı iş­ti­rak­çı­ları,

Məlum olduğu kimi, 30 dekabr 2023-cü il ta­ri­xində Azər­bay­can Res­pub­li­ka­sı­nın Mər­kəzi Ban­kı­nın dəs­təyi ilə ha­zır­la­nan Azər­bay­can Res­pub­li­ka­sı­nın Milli De­po­zit Mər­kə­zi­nin(MDM) 2024-2026-cı illər üzrə İn­ki­şaf Stra­te­gi­yası təsdiq edil­miş­dir.
Stra­te­giya çər­çi­və­sində MDM-in trans­for­ma­si­yası, o cüm­lə­dən təkmil kor­po­ra­tiv ida­rə­etmə və in­for­ma­siya təh­lü­kə­siz­li­yinə malik olan, geniş im­kan­lar təqdim edən və qü­sur­suz əmə­liy­yat çər­çi­vəsi olan bir quruma çev­ril­məsi, qiy­mətli ka­ğız­lar üzrə he­sab­laş­ma­lar və kas­to­dian xid­mət­lə­ri­nin qa­baq­cıl bey­nəl­xalq təc­rü­bəyə uy­ğun­laş­dı­rıl­ması nə­zərdə tu­tu­lub. Stra­te­gi­yada MDM-in fə­a­liy­yət is­ti­qa­mət­lə­ri­nin in­ki­şafı, əmə­liy­yat və xidmət ef­fek­tiv­li­yi­nin ar­tı­rıl­ması, eti­barlı, da­ya­nıqlı, yüksək imicli tə­si­sa­tın qu­rul­ması, ef­fek­tiv iş mü­hi­ti­nin və pe­şə­kar ko­man­da­nın for­ma­laş­dı­rıl­ması kimi stra­teji hə­dəf­lər mü­əy­yən olunub. MDM-in fə­a­liy­yət is­ti­qa­mət­lə­ri­nin in­ki­şafı xidmət çe­şid­li­li­yi­nin ar­tı­rıl­ması, mər­kəzi kont­ra­gent mo­de­li­nin for­ma­laş­dı­rıl­ması və ka­pi­tal bazarı eko­sis­te­mi­nin in­ki­şa­fına dəs­təyi kimi stra­teji tə­şəb­büs­ləri ehtiva edir. Əmə­liy­yat və xidmət ef­fek­tiv­li­yi­nin ar­tı­rıl­ması hədəfi çər­çi­və­sində tam funk­si­o­nal və çevik İT inf­rast­ruk­tu­run ya­ra­dıl­ması, rə­qəm­sal­laşma sə­viy­yə­si­nin ar­tı­rıl­ması, müş­təri mər­kəzli ya­naş­maya keçid və ma­liyyə ida­rə­et­məsi sis­te­mi­nin in­ki­şafı nə­zərdə tu­tu­lub. Eti­barlı, da­ya­nıqlı, yüksək imicli tə­si­sa­tın qu­rul­ması hədəfi üzrə tə­şəb­büs­lər risk­lə­rin idarə olun­ması me­xa­nizm­lə­ri­nin tək­mil­ləş­di­ril­məsi, ƏL/TMM komp­la­yens nə­za­rət me­xa­nizm­lə­ri­nin in­ki­şafı, in­for­ma­siya təh­lü­kə­siz­li­yi­nin güc­lən­di­ril­məsi və kor­po­ra­tiv imicin for­ma­laş­dı­rıl­ma­sı­dır. Ef­fek­tiv iş mü­hi­ti­nin və pe­şə­kar ko­man­da­nın for­ma­laş­dı­rıl­ması insan re­surs­la­rı­nın ida­rə­e­dil­məsi üzrə pro­ses­lə­rin tək­mil­ləş­di­ril­məsi, kor­po­ra­tiv mə­də­niy­yə­tin in­ki­şaf et­di­ril­məsi və sağlam və ef­fek­tiv iş mü­hi­ti­nin ya­ra­dıl­ması tə­şəb­büs­lə­rini özündə əks et­di­rir.
Həm­çi­nin, in­ki­şaf stra­te­gi­ya­mı­zın mər­kə­zində MDM-in yeni mis­si­yası, stra­teji baxışı və də­yər­ləri təş­ki­la­tı­mı­zın uzun­müd­dətli hə­dəf­lə­rinə xidmət edəcək şə­kildə mü­əy­yən olunub.
MDM-in 2024-2026-cı illər üzrə İn­ki­şaf Stra­te­gi­ya­sı­nın hə­dəf­lə­ri­nin və pri­o­ri­tet­lə­ri­nin uğurla həyata ke­çi­ril­məsi öl­kə­mi­zin ka­pi­tal ba­za­rı­nın in­ki­şa­fına əhə­miy­yətli töhfə ve­rə­cək.

Hörmətlə, Elçin Əlizadə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə şurasının sədri 7 yanvar 2026-cı il tarixindən etibarən Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub