Əsas kontentə keç

Qiymətli kağızlar bazarında yeni tənzimləmə qaydaları müzakirə olunub

Paylaş

Qiymətli kağızlar bazarının tənzimlənməsinə dair qaydaların layihəsi bazar iştirakçıları ilə birgə müzakirə olunub. Müzakirəyə investisiya şirkətlərinin, investisiya xidmətləri göstərən bankların və infrastruktur təşkilatlarının nümayəndələri qatılıb.

Görüşdə depozitar əməliyyatlarının sadələşdirilməsi, hesablaşma müddətlərinin qısaldılması və elektron sənəd dövriyyəsinin genişləndirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib.

Milli Depozit Mərkəzinin nümayəndələri depozitar infrastrukturunun mövcud imkanları və planlaşdırılan yeniliklər barədə məlumat verib. İştirakçıların təklifləri ümumiləşdirilərək tənzimləyici orqana təqdim olunacaq.

Qiymətli kağızlar bazarında yeni tənzimləmə qaydaları müzakirə olunub
Müzakirələrdə bazar iştirakçıları və tənzimləyici qurumun nümayəndələri iştirak edib.

Digər xəbərlər