Əsas kontentə keç

EMS

Elektron Müraciət Sistemi — sənədlərin onlayn təqdim edilməsi.

Elektron Müraciət Sistemi (EMS) MDM-ə edilən müraciətlərin və sənədlərin elektron formada təqdim edilməsini, işlənməsini və nəticənin çatdırılmasını təmin edir. Sistem kağız sənəd dövriyyəsini əvəz edir.

Sistem vasitəsilə nə edilir

  • Depo hesabının açılması üzrə müraciət;
  • Qiymətli kağızların köçürülməsi üzrə sərəncamlar;
  • Reyestrdən çıxarışın sifarişi;
  • Emissiya sənədlərinin təqdim edilməsi;
  • Müraciətin baxılma mərhələsinin izlənməsi.

Üstünlükləri

Müraciətlər iş günü ərzində istənilən vaxt göndərilə bilər, sənədlərin çatdırılmasına vaxt sərf olunmur, hər müraciətin statusu sistemdə izlənilir və yazışma tarixçəsi saxlanılır.

Sistemə giriş ünvanı və istifadəçi təlimatı bu bölmədə yerləşdirilir.