EÖS
Elektron Ödəniş Sistemi — qiymətli kağızlar üzrə ödənişlərin icrası.
Elektron Ödəniş Sistemi (EÖS) qiymətli kağızlarla əqdlər üzrə pul hesablaşmalarının və emitentlərin ödənişlərinin elektron qaydada icrasını təmin edir.
Sistem vasitəsilə icra olunan ödənişlər
- Əqdlər üzrə hesablaşmalar — «ödənişə qarşı təhvil» prinsipi ilə;
- Dividend ödənişləri;
- İstiqrazlar üzrə kupon və nominal dəyər ödənişləri;
- Xidmət haqlarının ödənilməsi.
«Ödənişə qarşı təhvil» nə deməkdir
Qiymətli kağızın köçürülməsi və pulun ödənilməsi bir-birindən asılı şəkildə, eyni anda baş verir. Bu prinsip tərəflərdən birinin öhdəliyini yerinə yetirməmə riskini aradan qaldırır və beynəlxalq standart sayılır.
Sistemə giriş ünvanı və istifadəçi təlimatı bu bölmədə yerləşdirilir.