Satınalma bölməsinin mütəxəssisi
Satınalma və İnzibati İdarəetmə Departamenti
Bakı şəh.
Dövlət satınalmaları qanunvericiliyini bilən, illik satınalma planının hazırlanmasında və tender prosedurlarının aparılmasında təcrübəsi olan mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Satın alınacaq malların (işlərin və xidmətlərin) qanunla tələb olunan müddətdə planlaşdırılması üçün tədbirlərin görülməsi və illik satınalma planının hazırlanmasında iştirak edilməsi
- Satın alınacaq malların (işlərin və xidmətlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar tələb edilməsi və alınması, layihə (texniki) tapşırıqlara dair rəy və təkliflərin verilməsi
- Alınacaq malların (işlərin və xidmətlərin) «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması
- Keçirilən satınalma müsabiqələrinin şərtlərinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların ümumiləşdirilərək tender komissiyasına təqdim edilməsi
- Elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının cavablandırılması və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsi
- Tender (kotirovka) təkliflərinin qiymətləndirilməsi və müqayisəsində iştirak edilməsi
- Zərurət olduqda satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) bir mənbədən satınalma metodunun tətbiqinə uyğun olub-olmamasının araşdırılması və əsaslandırılmasında iştirak edilməsi
- Qurumun təchizatçılarla əlaqəsi kimi xidmət edilməsi
- Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət edilməsi
Namizədə dair tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmə bacarığı
- «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununu bilməsi
- Məlumatların toplanması və təhlili təcrübəsi
- Səliqəlilik və dəqiqlik
- Kollektivdə işləmək bacarığı
Müraciət et
CV və müşayiət sənədlərinizi formada yükləyəcəksiniz.