İnvestisiya fondlarının depozitarlarına xidmətlər
İnvestisiya fondlarının aktivlərinin saxlanması və fondun fəaliyyətinə nəzarət üzrə xidmətlər.
İnvestisiya fondu — səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur. Fondun aktivləri idarəçidən ayrı saxlanılmalıdır — bu, investorun müdafiəsinin əsas mexanizmidir.
Depozitarın funksiyaları
- Fondun aktivlərinin saxlanması və uçotu;
- Pay və ya səhm sahiblərinin reyestrinin aparılması;
- Xalis aktivlərin dəyərinin hesablanmasına nəzarət;
- İdarəçinin əməliyyatlarının investisiya bəyannaməsinə uyğunluğunun yoxlanılması;
- Aşkar edilmiş uyğunsuzluqlar barədə tənzimləyici orqana məlumat verilməsi.
MDM investisiya fondlarının depozitarı qismində çıxış edərək həm aktivlərin təhlükəsiz saxlanmasını, həm də fondun fəaliyyətinə müstəqil nəzarəti təmin edir.