Xarici bazarda saxlanma xidməti
Xarici bazarlarda buraxılmış qiymətli kağızların müxbir depozitarlar vasitəsilə saxlanması.
Xidmət yerli investorlara xarici bazarlarda buraxılmış qiymətli kağızları MDM vasitəsilə əldə etmək və saxlamaq imkanı verir. MDM xarici depozitarlarla müxbir münasibətləri qurur və müştərinin aktivlərini həmin depozitarlarda açılmış hesablarda uçota alır.
Xidmətin tərkibi
- Xarici qiymətli kağızların uçotu və saxlanması;
- Xarici bazarlarda bağlanmış əqdlər üzrə hesablaşmaların təşkili;
- Korporativ hadisələr barədə məlumatlandırma və iştirakın təmin edilməsi;
- Dividend və kupon ödənişlərinin qəbulu və müştəriyə ötürülməsi;
- Vergi tutulmaları üzrə sənədləşmənin dəstəklənməsi.
MDM Türkiyə, Koreya, Rusiya və Qazaxıstan mərkəzi depozitarları ilə əməkdaşlıq edir. Konkret bazar üzrə xidmətin mövcudluğunu MDM ilə dəqiqləşdirmək tövsiyə olunur.